Dövlət Sərhəd Xidməti 5 ədəd açıq tender elan edib.
Dövlət Xidməti yüzlərlə təkərlər alır - TƏQRİBİ QİYMƏT
FED.az xəbər verir ki, sözügedən elanlar avtoşinlərin satın alınması ilə əlaqəlidir.
Tenderlər üzrə təkliflərin son təqdim olunma tarixi və vaxtı və zərflərin açılış tarixi və vaxtı 06.03.2025-ci il saat 09:30 müəyyən edilib.
Dövlət qurumunun ümumilikdə 4 648 ədəd avtoşin üçün 2,249,259.54 AZN ödəyəcəyi ehtimal olunur.
Tenderlər haqqında daha detallı aşağıdakı cədvəldə:
№ |
Satınalma predmeti |
Neçə ədəd avtoşin alınacaq |
Ehtimal olunan qiymət |
1 |
Mühəndis texnikaları üçün avtoşinlər |
74 ədəd |
39.981,77 AZN |
2 |
Zirehli texnikalar, kvodrasikllar və KAMAZ-43114 (43118) markalı avtomobillər üçün avtoşinlər |
584 ədəd |
547.543,55 AZN |
3 |
Xüsusi və yük maşınları (6x6) üçün yüksək keçid qabiliyyətli avtoşinlər |
454 ədəd |
797.580,91 AZN |
4 |
Yük avtomobilləri və avtobuslar üçün avtoşinlər |
944 ədəd |
417.422,92 AZN |
5 |
Minik avtomobilləri üçün avtoşinlər |
2 592 ədəd |
446.730,39 AZN |