İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidməti bu il elektron dövlət satınalmalarında böyük artım gözləyir.
Eləcə də bax: Satınalmalar portalına dair səlahiyyətli qurumlar müəyyənləşib - FƏRMAN
FED.az xəbər verir ki, bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
"Ötən il satınalmalarda iştirak haqları kəskin azaldılıb və Nazirlər Kabineti bunu reqlamentləşdirib", - deyə o, əlavə edib.
Bundan başqa, M.Abbasbəyli deyib ki, dövlət satınalmaları ilə bağlı yeni qanun qəbul edildikdən sonra bütün satınalmalar elektron qaydada həyata keçiriləcək və kağızla satınalma tarixə çevriləcək: Yeni qanun layihəsi mütərəqqi dünya təcrübəsi nəzərə alınaraq hazırlanıb, ötən il sənədin dövlət qurumları ilə I əlaqələndirilməsi baş verib. Hazırda qanun layihəsi müvafiq qurumlarla razılaşdırma mərhələsindədir. Ümid edirik ki, bu il sənəd qəbul edilər". (Report)