Dövlət Vergi Xidməti növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Maxmedia" şirkəti olub.
Qalib şirkətə 342 476 manat ödəniləcək.
Qeyd edək ki, elanda video qrafika işləri (qrafik çarxların, video təlimatların hazırlanması), video çarxların hazırlanması, reklamların internetdə yerləşdirilməsi, açıq havada reklamların yerləşdirilməsi üçün dizayn işləri, sosial şəbəkələr üçün poster dizaynlarının hazırlanması, xüsusi teksturalı blankların dizaynı və hazırlanması nəzərdə tutulur.