Dövlət Vergi Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Dövlət Vergi Xidmətinin server otağında şəbəkə və əməliyyat sistemlərinin (Əsas Mərkəz + Ehtiyat Mərkəz + Backup Mərkəz), məlumat bazalarının, arxiv sistemlərinin (Əsas Mərkəz + Ehtiyat Mərkəz + Backup Mərkəz) monitorinqi və konsultasiya xidmətlərinin göstərilməsinin, Sifarişçiyə məxsus avadanlıqlarda quraşdırılmış Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) altsistemlərinə, internet vasitəsilə verilən xidmətlərə və vergi orqanlarının digər qurumlarla inteqrasiyası sisteminə, Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS-in), Beynəlxalq məlumat mübadiləsi sisteminə, elektron imzadan istifadəsinə, "Onlayn kassa" üzrə xidmətlər portalının proqram təminatına, analitik təhlil-hesabat (BI - Business Intelligence) sisteminə, banklar tərəfindən vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatların təqdim edilməsi sisteminə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanındakı qurumların Elektron Sənəd Dövriyyəsi (ESD) sistemlərinin kommunikasiya şlyuzu (Hovuz) vasitəsilə inteqrasiyasına, Yeni Elektron portalına ((e-Portal) Reliz 1, Reliz 2, Reliz 3, Reliz 4), Nəzarət Mexanizm Qurğularının (NMQ) proqram təminatına monitorinq xidmətinin və operatorlara bu proqramdan istifadəsinə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması xidmətinə, "Öhdəliklər üzrə vergi ödəyiciləri ilə əlaqələrin idarə edilməsi" proqram təminatına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 195 Çağrı Mərkəzindən daxil olan sorğuların icrası ilə əlaqədar Dövlət Vergi Xidmətinin proqram təminatına texniki dəstəyin göstərilməsinin, Dövlət Vergi Xidmətinin Ehtiyat Mərkəzinin server otağında şəbəkə, əməliyyat sistemlərinin, məlumat bazalarının və arxiv sistemlərinin monitorinqi və konsultasiya xidmətlərinin göstərilməsinin AVİS-in fəaliyyətini təmin edən lisenziya və sertifikatların, "e-kassa.az", "edvgerial.az" domen adlarının satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1500 manatdır.
Çatdırılma yeri - AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155
Çatdırılma müddəti - Müqavilə və texniki şərtlərə uyğun olaraq
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adını, hüquqi statusunu, qeydiyyatdan keçdiyi ölkəni təsdiq edən sənədlər
İddiaçının bank rekvizitləri barədə məlumat
İddiaçının rəhbərinin vəzifəyə təyin olunmasını təsdiq edən sənəd
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı
İxtisas göstəriciləri:
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması haqqında sənəd
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığının olması
Satınalma müqaviləsinin yerinə yetilməsi üçün kifayət qədər likvid aktivə malik olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamalı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olması məhkəmə qaydasında qadağan edilməməsi
Açıq tenderin şərtlər toplusu ilə müəyyən edilmiş və Fəsil-1: Bölmə – 2. Standart formalarında qeyd edilən iddiaçının ixtisas göstəricilərinə dair digər meyarlar
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Gülşən Əliyeva, Böyük iqtisadçı
Email: [email protected]
Əlaqə telefonu: (012)4038034