Lənkəran Dövlət Universiteti büdcədənkənar vəsaiti hesabına açıq tender metodu tətbiq etməklə elektron satınalma vasitəsilə “Cari təmir işləri” işlərinin satın alınmasını həyata keçirir.
MİDA kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki, maliyyə imkanlarına malik olmalıdırlar.
İddiaçılar https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
İddiaçılar aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba “ASAN ödəniş” sistemi ilə köçürdükdən sonra Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.
Tenderdə iştirak haqqı:
230 (iki yüz otuz) manat
Lənkəran Dövlət Universiteti
Hesab № AZ97AIIB33080019443870045138
VÖEN-2600135481
Kapital Bank ASC Lənkəran filialı
Kod - 200383
VÖEN - 9900003611
M/H - AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BIK AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstəribsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayışı;
- nizamnaməsi;
- qeydiyyatdan keçdiyi ölkə;
- rekvizitləri.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 oktyabr 2021-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 26 oktyabr 2021-ci il saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 27 oktyabr 2021-ci il saat 17:00-da dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.