Dövlət Turizm Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə Qarabağ məkanlarının və mətbəxinin çəkilişi ilə bağlı işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1404365471
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Ü. Hacıbəyli 134.
Müsabiqənin başlama tarixi və vaxtı: 16.06.2023 17:10
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 12.07.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.07.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 21.07.2023 12:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (nizamnamə, reyestrdən çıxarış, şəhadətnamə-VÖEN, hüquqi ünvan və bank rekvizitləri, imza səlahiyyətinə dair əmr və ya etibarnamə)
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (yüklülük barədə arayış)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (məhkumluq ilə bağlı arayış)
Sahibkarlıq subyektinin bölgüsü
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi)
Maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının son 3 (üç) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər
İşçi heyətinə dair məlumat
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Mehman Bayramov, Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: (+994 12) 5058704/ daxili 2304, mobil 051 229 60 15
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Qarabağ məkanlarının foto və dron çəklişi. (Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın) Texniki tapşırığa uyğun olaraq |
Qarabağ məkanlarının foto və dron çəkilişi |
2 |
nəfər |
2 |
Çəkliliş zamanı avadanlıqların icarəsi |
Qarabağ məkanlarının foto və dron çəkilişi |
5 |
ədəd |
3 |
Çəkiliş zamanı yemək xərcləri |
Qarabağ məkanlarının foto və dron çəkilişi |
2 |
nəfər |
4 |
Qarabağ mətbəx nümunələrinin çəkilişi (foto) Bakıda, icarəyə götürüləcək mətbəxdə, mətbəxdə peşəkar çəkiliş şəraiti yaradılmalıdır. |
Qarabağ mətbəxinin çəkilişi |
3 |
gün |
5 |
Yeməklərin hazırlanması (ərzaq siyahısı ayrı excel faylda göndərilir, ərzaqlar öz sortu üzrə ən keyfiyyətlisi olmalıdır) |
Qarabağ mətbəxinin çəkilişi |
20 |
ədəd |
6 |
Mətbəx kirayəsi Bakı (təqdim edilən menyuya əsasən avadanlıqlar və mətbəx ləvazimatları qeyd olunmalıdır) |
Qarabağ mətbəxinin çəkilişi |
6 |
gün |
7 |
Yolsuzluq maşını (Offroad). Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, 5 nəfər üçün, 15 gün (günə 10-12 saat) |
Qarabağ mətbəxinin çəkilişi |
2 |
ədəd |
8 |
Hotel xərci (14 gecə, “single” otaq) |
Qarabağ mətbəxinin çəkilişi |
5 |
nəfər |
9 |
Çay fasilələri (gündə 2 dəfə, 15 gün) |
Qarabağ mətbəxinin çəkilişi |
5 |
nəfər |
10 |
Hər bir linza üçün yerli ekspert tərəfindən hekayənin yazılması |
Hər bir linza üçün yerli ekspert tərəfindən hekayənin yazılması |
15 |
ədəd |