Dövlət Turizm Agentliyi 2022-ci ilin 7-9 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində və 29 noyabr-1 dekabr tarixlərində İspaniyanın Barselona şəhərində keçiriləcək turizm sərgilərində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması “ üzrə tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "AZİNTEREXPO" MMC şirkəti olub. Şirkətlə 785 min 365 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl KOBİA-nın 273 min 558 AZN dəyərindəki “Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 18-21 yanvar 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək “28.Uluslararası Gıda ve İçecek İhtisas Fuarı” sərgisində iştirakı ilə bağlı təşkilati iş və xidmətlərin satın alınması” (13.01.2022) tenderinin də qalibi olub.