Dövlət Turizm Agentliyi tender elan edir.
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərinin satın alır.
Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs – Mehman Bayramov.
Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə.
Telefon- +994125058704 (əlavə 2304);
Faks: +994124920592.
E-mail: [email protected]. az
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 21 avqust 2020-ci il saat 18.00-a, tender təklifini və təklifin bank təminatını isə 31 avqust 2020-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların tender təkliflərinin açılışı 1 sentyabr 2020-ci il saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.
Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.