Azərbaycan Dövlət Turizm Agentliyi 2022-ci il ərzində xarici ölkələrdə keçiriləcək tədbirlərdə turizmlə bağlı təşkilati işlər və reklam kampaniyasının həyata keçirilməsi xidmətlərinin satın alınması üzrə tenderə yekun vurub.
Eləcə də bax: Dövlət qurumu böyük tender elan etdi - ŞƏRTLƏR
FED.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Bakı Media Mərkəzi" MMC seçilib.
Tərəflər arasında bağlanan dörd aylıq müqavilənin dəyəri 6 milyon 30 min 258.89 manat təşkil edir. (Apa)