Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “2023-cü ildə turizm sahəsində təbliğat xarakterli materialların, eləcə də turizm məhsullarının hazırlanması xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Adzone-S” MMC olub.
Şirkətlə 2 483 900 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən hər birindən 1 ədəd olmaqla radio, kinoteatrlarda reklam-təbliğat xidmətləri; elektron media, qəzet, jurnal, radio, televiziyada reklam-təbliğat işlərinin yerinə yetirilməsi üçün mətnlərin hazırlanması; sosial media kanallarında reklam yerlərinin alınması; təbliğat xarakterli çap və promo məhsullarının hazırlanması və ölkədaxili regionlar üzrə yeni turizm məhsullarının yaradılması məqsədilə konsepsiyaların hazırlanması, dizayn xidmətlərinin göstərilməsi və ekspertlərin cəlb olunması xidmətləri satın alınacaq.