Dövlət Turizm Agentliyi abadlıq işləri və sərgi təşkili ilə bağlı 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, ““Kiş" Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti, bərpa və abadlıq işlərinin satın alınması” tenderin qalibi “JP Coneco Group” MMC olub.
Şirkətlə 666 194 manat məbləğində müqavilə imzalanıb.
“2023-cü ilin 6-8 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması” tenderinin qalibi “Vitam” MMC olub.
Şirkətlə 350 061 manat məbləğində müqavilə imzalanıb.