Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu maşın və avadanlıqların satın alınması üçün açıq tender elan edir.
Xəstəxana mətbəə məhsulları alır - KOTİROVKA SORĞUSU
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
Əlaqələndirici şəxs – Akif Əkbər, telefon - (+99412)(436-57-12/13)
e mail: [email protected]
Tenderdə iştirak haqqı 250 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu
VÖEN- 1701862081
H/h- AZ44AZRT38070019440017277003
Bank- “Azərtürk Bank” ASC-nin Bakı filialı
VÖEN- 9900006111
Kod- 504476
M/h- AZ02NABZ01350100000000022944
SWIFT kod- AZRTAZ 22
İştirak haqqının ödənilməsi yalnız asan ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.
Dövlət Toxum Fondu qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.
İddiaçılar tenderdə iştirak hüququnu təsdiqləyən aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifi (tender zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalı və bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
-mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olmaları haqqında arayış.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir) İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Ünvan- Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, 1-ci bina, 5-ci mərtəbə, ofis 505A.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 15 iyul 2021-ci il saat 18.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 28 iyul 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 29 iyul 2021-ci il saat 10.00 - da açılacaqdır.
Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.