Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu Şəki Toxum Emalı Zavodundakı maşın və avadanlıqların (silo qurğusunun elektrik idarəetmə mərkəzi) əsaslı təmiri işlərinin satın alınması üçün kotirovka sorğusu elan edir.
Aqrar Kredit və İnkişaf Agentliyi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, iştirak etmək istəyənlər əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:
Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, 1-ci bina, blok A, 5-ci mərtəbə, 505A nömrəli ofis.
Kotirovka sorğusu üçün bağlı zərflərin qəbulunun son tarixi 8 iyun 2021-ci il saat 17.00-dır.
Bağlı zərflər 9 iyun 2021-ci il saat 10.00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, 1-ci bina, blok A, 5-ci mərtəbə, 505A nömrəli otaqda açılacaqdır.
Əlaqə telefonu- (012) 436-57-13.
Email: [email protected]