Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu müxtəlif növ toxum dərmanlarının satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
Qida Təhlükəsizliyi İnstitutu kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, iştirak etmək istəyənlər əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:
Ünvan- Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, 1-ci bina, blok A, 5-ci mərtəbə, ofis 505A.
Kotirovka sorğusu üçün bağlı zərflərin qəbulunun son tarixi 27 may 2021-ci il saat 17.00-dəkdir.
Bağlı zərflər 31 may 2021-ci il saat 12.00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, 1-ci bina, blok A, 5-ci mərtəbə, 505A nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun inzibati binasında açılacaqdır.
Əlaqə telefonu- (012) 436-57-13.
Email: [email protected]