Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzi audit xidməti ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki. tenderdə Agentliyin 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 150 manatdır.
Çatdırılma yeri - Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27
Çatdırılma müddəti - 30.06.2023
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Faiq Babayev, Satınalma üzrə baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994125259210
Xidmətə daxildir: Mühasibat uçotunda müxabirləşmələrin aparılmasının MHBS-ə əsasən uyğunluğunun yoxlanılması Maliyyə hesabatlarının, tərtib edilməsinin MHBS-a əsasən uyğunluğunun yoxlanılması Bütün əməliyyat və əsaslı xərclər üzrə vəsaitlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması Çəkilmiş xərclərin xərc istiqamətlərinə uyğun bölgüsünün müvafiq qanunvericiliklərinə uyğun yoxlanılması Aktivlərin və öhdəliklərin AR MN Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası” qaydalarına əsasən reyestrlərin yoxlanılması Bağlanmış müqavilələrin qanunvericiliyə uyğunluğu, habelə icrasına dair müvafiq sənədlərin yoxlanması. Hazırlanmış illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim edilməsi.