Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi videoçarxların çəkiliş xidməti ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1003853391
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə.
Müsabiqənin başlama tarixi və vaxtı: 15.05.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 06.06.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.06.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 16.06.2023 17:00
Çatdırılma yeri - Bakı şəhəri
Çatdırılma müddəti - Müqavilənin 100% hissəsi 30.12.2023-cü il tarixinə qədər icra olunmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Faiq Babayev, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: +994125259209
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Reabilitasiya mərkəzlərinə virtual tur -Reabilitasiya mərkəzlərində (Bundan sonra – RM) qeydiyyatdan, mərkəzə daxil olmaqdan başlayaraq – bütün prosedurları, reabilitasiya prosesini addım-addım göstərən, maraqlı təqdimatda videoçarxlar Reabilitasiya mərkəzlərinə virtual tur -Reabilitasiya mərkəzlərində (Bundan sonra – RM) qeydiyyatdan, mərkəzə daxil olmaqdan başlayaraq – bütün prosedurları, reabilitasiya prosesini addım-addım göstərən, maraqlı təqdimatda videoçarxlar |
Bu videolar mərkəzləri tanıtmaq və bir aparıcının təqdimatında mərkəzi əyani gəzərək informasiya vermək məqsədini daşıyır. İlk video Bakı şəhərində yerləşən RM-lərdən birində çəkiləcək. Bütün proseslər aparıcı tərəfindən təqdim olunmalıdır. Məsələn: aparıcı girişdə mərkəz barədə məlumat verir, sonra mərkəzə daxil olur, qeydiyyat qaydasını əyani göstərir, daha sonra mərkəzi gəzərək prosedurlar, aparatlar və s. barədə pozitiv şəkildə informasiya ötürür. İkinci video isə Uşaq reabilitasiya mərkəzlərindən birində çəkiləcək. Eyni şəkildə mərkəzi gəzərək tanıtımı həyata keçiriləcək. Mətnlər verilən məlumat əsasında şirkət tərəfindən yazılmalıdır. Müddət: 3-4 dəqiqə aralığında. Müddət: 3-4 dəqiqə aralığında. |
2 |
ədəd |
2 |
Hippoterapiya-18 yaşınadək əlilliyi olan şəxslər üçün hər həftə keçirilən hippoterapiyadan (atla terapiya) pozitiv video və ümumi məlumat |
Bu videoçarx əlilliyi olan uşaqlar üçün keçirilən atla terapiyanı göstərmək üçündür. Uşaqların atla keçirdikləri vaxt, reabilitasiya proseduru dinamik videoçarxda təqdim olunmalıdır. Həmçinin bu terapiya üsulu barədə məlumat kreativ kadrarxası mətndə əks olunmalıdır.Müddət: 1-2 dəqiqə aralığında. |
1 |
ədəd |
3 |
Reabilitasiya vasitələri ilə təyinat-Vətəndaşların reabilitasiya vasitələri ilə təmin olunma qaydaları, proseduru barədə ümumi video |
Bu videoçarxlar real nümunələr əsasında, reabilitasiya vasitəsi almış şəxslərin müsahibələri ilə çəkilməlidir. Görüntülərdə həm Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzindən kadrlar olmalıdır. Həm müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmuş şəxslər müsahibələrində bu barədə məlumat verməli, özləri barədə danışmalıdır. Vətəndaşlar müsahibələrində reabilitasiya vasitəsi almaq üçün atdıqları addımlar barədə danışa bilər. Həmçinin həmin şəxslərin vasitələrlə necə cəmiyyətə inteqrasiya etdiklərini göstərən gündəlik həyat kadrlarına yer verilməlidir. Müddət: 2-3 dəqiqə aralığında. |
3 |
ədəd |