Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi audit xidməti ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Agentliyin 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətləri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1003853391
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə.
Müsabiqənin başlama tarixi və vaxtı: 07.09.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 27.09.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.10.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 06.10.2023 17:00
Ödəniş şərtləri - Müqavilədə nəzərdə tutulan vəsaitin 30%-ə qədər hissəsi avans şəklində ödənilə bilər. (avansın alınması üçün malgöndərən (podratçı) tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır)
Çatdırılma yeri - Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27
Çatdırılma müddəti - 31.11.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əlavə redaksiya olunubsa bütün nüsxələr təqdim olunmalıdır), iddiaçının qeydiyyatdan keçdiyi ölkə, iddiaçının rekvizitləri
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının (bağlanmış müqavilələrin skanı), təcrübəsinin, texniki imkanlarının (vergi orqanlarında uçota alınmış qeyri yaşayış obyekti barədə məlumat), işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş müvafiq lisenziya
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) Faiq Babayev, Satınalma üzrə baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994125259210
Mühasibat uçotunda müxabirləşmələrin aparılmasının MHBS-ə əsasən uyğunluğunun yoxlanılması Maliyyə hesabatlarının, tərtib edilməsinin MHBS-a əsasən uyğunluğunun yoxlanılması Bütün əməliyyat və əsaslı xərclər üzrə vəsaitlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması Çəkilmiş xərclərin xərc istiqamətlərinə uyğun bölgüsünün müvafiq qanunvericiliklərinə uyğun yoxlanılması Aktivlərin və öhdəliklərin AR MN Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası” qaydalarına əsasən reyestrlərin yoxlanılması Bağlanmış müqavilələrin qanunvericiliyə uyğunluğu, habelə icrasına dair müvafiq sənədlərin yoxlanması. Hazırlanmış illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim edilməsi. |