Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi audit xidmət ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Grovv audit and consulting" MMC olub.
Şirkətlə 35 399 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, tenderdə Agentliyin 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi nəzərdə tutulur.
Bundan başqa mühasibat uçotunda müxabirləşmələrin aparılmasının MHBS-ə əsasən uyğunluğunun yoxlanılması Maliyyə hesabatlarının, tərtib edilməsinin MHBS-a əsasən uyğunluğunun yoxlanılması Bütün əməliyyat və əsaslı xərclər üzrə vəsaitlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması Çəkilmiş xərclərin xərc istiqamətlərinə uyğun bölgüsünün müvafiq qanunvericiliklərinə uyğun yoxlanılması Aktivlərin və öhdəliklərin AR MN Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası” qaydalarına əsasən reyestrlərin yoxlanılması Bağlanmış müqavilələrin qanunvericiliyə uyğunluğu, habelə icrasına dair müvafiq sənədlərin yoxlanması. Hazırlanmış illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim edilməsi də nəzərdə tutulur.
"Grovy and Audit Consulting" MMC daha öncə Dəniz Kənarı Bulvar İdarəsinin 5 888 manat dəyərindəki "Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi Şəxsinin və tabeliyindəki təşkilatların (4 təşkilat) 31.12.2021-ci il tarixə maliyyə hesabatlarının və Konsolidə edilmiş maliyyə hesabatlarının auditi" kotirovka sorğusunun qalibi olub (11.04.2022).