Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi audit xidməti ilə bağlı audit tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, həmin tenderdə agentliyin 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətləri nəzərdə tutulur.
Qalib şirkət "Baker Tilly Audit Azərbaycan" şirkəti (VÖEN: 1300755991) seçilib.
Tenderin dəyəri 49 560 manatdır.