Azərbaycan Televiziya və Radio Verilişləri QSC növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Farah İnnovations" MMC qalib seçilib.
Qalib şirkətə 997 938 manat ödəniləcək.
Tenderdə rəqəmsal audiovizual arxiv sisteminin yaradılması üçün lazım olan texniki vasitələrin, arxivin idarə olunması üçün xüsusi proqram təminatının, müvafiq iş və xidmətlərin satın alınması nəzərdə tutulur.