Azərbaycan Televiziya və Radio Verilişləri QSC “Rəqəmsal audiovizual arxiv sisteminin yaradılması üçün lazım olan texniki vasitələrin, arxivin idarə olunması üçün xüsusi proqram təminatının, müvafiq iş və xidmətlərin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Farah İnnovations" MMC olub. Şirkətlə 993 min 145 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl “Azərkosmos”-un “Coğrafi informasiya sistemi əsaslı proqram təminatı lisenziyalarının satın alınması” (10.11.2022) tenderini qazanıb.