Dövlət Statistika Komitəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Dövlət Statistika Komitəsinin 2023-cü il üçün xərclər smetasının 311150 – “Maşın və avadanlıqlar” maddəsi üzrə informasiya - kommunikasiya texnologiyaları məhsullarının və təsərrüfat avadanlığının satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300189411
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, İnşaatçılar prospekti 81
Müsabiqənin başlama tarixi və vaxtı: 07.07.2023 17:50
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 27.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 07.08.2023 10:00
Ödəniş şərtləri
Müqavilə üzrə ödəmələr İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərtilə aparılır.
Müqavilə üzrə ödəmələr İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərtilə aparılır.
Çatdırılma yeri - Bаkı şəhəri, İnşaatçılar pr. 81
Çatdırılma müddəti - 2023-cü il noyabrın sonunadək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
İddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq vergi orqanından arayış
İddiaçının son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq vergi orqanından arayış
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İxtisas göstəriciləri:
İddiаçının cəlb еdildiyi məhkəmə işləri (аrаşdırmаlаrı) hаqqındа məlumаt
Məhsulların keyfiyyətinə dair zəmanət
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Şahin Sadıqlı, Maliyyə və təsərrüfat şöbəsinin Satınalmaların təşkili sektorunun müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 377-10-70, daxili 22-64
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Kiber təhlükələrin qarşısını alan və təhlükəsiz program təminatı imkanı yaradan xüsusi avadanlıq - Networks Firewall 1) |
İnternetə təhlükəsiz çıxışın təmin edilməsi və müəssisənin daxili şəbəkəsinin, eləcə də server resurslarının internetdən gələn təhlükələrdən qorunması üçün aşağıdakı imkanlara malik təhlükəsizlik sistemi avadanlığı təqdim edilməlidir: Firewall rejimində ötürmə qabiliyyəti minimum 70 Gb/san.; IPS (Intrusion Prevention System) rejimində ötürmə qabiliyyəti minimum 12 Gb/san.; NGFW rejimində ötürmə qabiliyyəti minimum 10 Gb/san.; TP (Threat Protection) rejimində ötürmə qabiliyyəti minimum 9 Gb/san.; SSL-VPN qoşulmalar üçün ötürmə qabiliyyəti minimum 3 Gb/san.; eyni vaxtda parallel sessiyaların sayı minimum 7000000; yeni sessiyaların sayı saniyədə minimum 500000; IPSec VPN Gateway-to-Gateway tunel sayı 2000; IPSec remote client VPN tunel sayı 50000; Dynamic routing və switching imkanları; Virus və malware-lərdən qoruma imkanı, lisenziya yenilənməsi ilə birlikdə; URL-lərin kateqoriyalaşdırılması və filtrlənməsi, lisenziya yenilənməsi ilə birlikdə; DNS Filter və DNS Safe Search xüsusiyyətlərinin olması; tətbiqetmələrin identifikasiyası və nəzarət olunması; təhlükəsizlik zonalarına görə seqmentasiya imkanı; dinamik analiz üsulu ilə bilinən və bilinməyən (Zero-Day) hücumların aşkarlanması və aradan qaldırılması; fiziki qoşulma parametrləri minimum aşağıdakı kimi olmalıdır: 1 x USB port; 1 x RJ-45 Console port; 2 x GE MGMT port; 16 x GE port; 8 x 10 GE SFP+ port; 8 x GE SFP port; Form Factor 1 RU (rack unit). SD-WAN xüsusiyyətinə malik olmalı və ondan istifadə əlavə lisenziya tələb etməməlidir; WEB interfeys üzərindən idarəolunma imkanı; Active Directory ilə inteqrasiya; Active-Active və Active-Standby rejimlərində işləyə bilməlidir; həcmi minimum 480GB olan SSD diskə malik olmalıdır. Lisenziya, istehsalçı dəstəyi və zəmanət müddəti minimum 3 il. |
1 |
ədəd |
2 |
UPS 2) |
Giriş gərginliyi 400 V, 3 faza; digər giriş gərginliyi 380 V, 415 V; əsas çıxış gərginliyi 230 V; digər çıxış gərginliyi 220 V, 240 V; nominal güc 30 kW, 30 kVA; toz filtri; ölçüləri: hündürlük 130-150 sm, genişlik 40-60 sm, dərinlik 90-110 sm; USB; maksimum giriş cərəyanı 55A; təhrif tam yük üçün 5%-dən az; giriş gərginliyi məhdudiyyətləri 304-477 V; giriş keçidi və qoruyucu; şəbəkə tezliyi 45-65 Hz; çıxış konfiqurasiya edilə bilən maksimum güc 30 kVA; maksimum konfiqurasiya edilə bilən güc 30kW; çıxış tezliyi 50Hz-60Hz şəbəkə ilə sinxronizasiya, harmonik təhrif 3%-dən az; çıxış harmonik təhrifi 100% qeyri-xətti yükdə < 5,5%; çıxışda həddindən artıq yükləmə əməliyyatı 10 dəqiqə 125% və 60 saniyə 150%; çıxış gərginliyinə dözümlülük +/- 1,5%; növü-onlayn; əməliyyat üçün ətraf mühitin temperaturu 0-40 °C; nisbi rütubət 0-95% kondensasiya olunmayan; əməliyyat hündürlüyü 0-3281 ft.; saxlama temperaturu -15-40 °C; saxlama rütubəti 0-95% kondensasiya olunmayan; akustik səviyyə 63 dBA; istilik yayılması 1810 Btu/saat; IP qoruma dərəcəsi IP20; batareya tipi VRLA; batareyanın gərginliyi 240 V; maksimum qısaqapanma cərəyanı 10 kA; batareya ilə doldurulmuş yuvaların sayı 4; maksimum cərəyan boşalması 81 A; batareyanın boşaldılması gərginliyi +/- 198 V DC; uzaqdan monitorinq aparmaq üçün şəbəkə kartı (SNMP card); zəmanət müddəti minimum 3 il. |
1 |
ədəd |
3 |
Fərdi kompüter (Monoblok) |
Prosessor-İntel Core i5, minimum 10th generation CPU, ekran minimum 23"-inch diagonal Full HD, video Intel UHD Graphics; operativ yaddaşın həcmi minimum 8 GB DDR4; daxili yaddaşın həcmi minimum 512 GB M.2 SSD PCIe NVMe; 720p Camera+Dual array microphone; Stereo speakers, 3W x2; 802.11ac Dual Band 2x2 Wi-Fi + Bluetooth 5.0, M.2 card; USB Keyboard+Mouse, 2xUSB 2.0+2x USB 3.2 Gen2; Gigabit Ethernet (RJ-45), Free DOS, zəmanət müddəti minimum 3 il. |
37 |
ədəd |
4 |
Fərdi kompüter dəsti |
Processorun tezliyi minimum 3.0 GHz, intel core i7, nüvələrinin sayı 8; RAM 16 GB DDR4; GPU 4GB və ya üzəri (GPU VRAM); sərt disk SSD 512 GB; ekran ölçüsü minimum 21 inch, ekran görüntü imkanı minimum (resolution) 1920 x 1080 piksel; klaviatura, mouse; portlar HDMI, RJ45 LAN jack, USB 3.2 Gen 2 Type-A, USB 3.2 Gen 1 Type-C, zəmanət müddəti minimum 1 il. |
1 |
dəst |
5 |
UPS |
Nominal tam güc 600 VA; effektiv güc minimum 360W, Line-interactive, AVR (Automatic Voltage Regulation-gərginlik tənzimləyicisi), Led Indicator; çıxışların sayı minimum - 2, girişlərin sayı minimum - 1; Schuko CEE 7/7P, Schuko CEE 7, zəmanət müddəti minimum 1 il. |
47 |
ədəd |
6 |
Su nasosu |
Hidroforlu iki pompalı kollektorlu nasos dəsti; tutumu minimum 24 lt.; sıxılma təzyiqi minimum 3-5 bar; debit 8-4m3; motor gücü minimum 0,75 kW; motor cərəyanı - 5,3 A; gərginlik - 3 fazalı 380V, genişləndirmə çəni minimum 100 l, 10 bar, zəmanət müddəti minimum 1 il. |
1 |
dəst |