Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının inzibati binasının əsaslı təmir işlərinin satın alınması ilə bağlı təkliflər sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, sorğunun qalibi "Conco" QSC (VÖEN: 1403054601) olub.
Şirkətlə 7 167 998 manat məbləğində müqavilə imzalanıb.
"Conco" QSC daha öncə Ərazi Tikinti Planlaşdırma Mərkəzi ilə bir mənbədən satınalma üsulu 800 000 manat dəyərindəki "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması" (11.01.2023), 3 milyon manat dəyərindəki "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması" (03.06.2022), 1 030 080 manat dəyərindəki "“Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması" tenderlərinin qalibi olub (26.01.2021).