Dövlət Sosial Müdafiə Fondu fondun (qurumları) Aparatı və struktur bölmələri üçün 2020-ci il üzrə illik maliyyə göstəriciləri əsasında hazırlanmış Maliyyə Hesabatlarının Beynəlxalq Standartların tələblərinə uyğunlaşdırılması və aidiyyəti işlər üzrə məsləhət xidmətlərinin satın alınması üzrə keçirilən açıq tender ilə əlaqədar açıq tenderə dəvət edir.
Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https:////www.etender.gov.az// - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
Tender 1 LOT üzrə keçirilir.
İştirak haqqı: 300.00 ( üç yüz) manat
VÖEN: 1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
H//h: AZ46CTRE00000000000007018504
M//h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
Kod: 210005
SWIFT: CTREAZ22
Büdcə gəlirlərinin təsnifat kodu: -142330
Büdcə səviyyəsinin kodu: - 4
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən iştirak haqqı geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (Sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir) və rekvizitləri;
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir); 2021-ci il tarixdə alınmış arayış qəbul ediləcəkdir;
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2020-ci il üzrə);
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir). 2021-ci il tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir;
7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması barədə təsdiqedici sənəd (Malgöndərən (podratçı) tərəfindən hazırlanır);
8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənəd (notarial təsdiq edilmiş));
9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır. Sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (Uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir). 2021-ci il tarixdə alınmış arayış qəbul ediləcəkdir;
11. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (Malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya “ASAN xidmət” mərkəzlərindən (məhkumluq ilə bağlı arayış))alır. 2021-ci il tarixdə alınmış arayış qəbul ediləcəkdir;
12. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
13. Peşə məsuliyyətinin sığortası şəhadətnaməsinin mövcudluğu;
14. Şirkətin bazarda minimum 10 (on) il fəaliyyətinin mövcud olması;
15. Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Auditor xidməti haqqında Auditorlar Palatasından alınmış müvafiq lisenziya;
16. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması, o cümlədən beynəlxalq və yerli səviyyədə sertifikatlaşmış, minimum 5 (beş) illik təcrübəyə malik mütəxəssis bazasına malik olması.
Qeyd 1: Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Qeyd 2: İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 23.06.2021-ci il saat 14:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 02.07.2021-ci il saat 14:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 05.07.2021-ci il saat 14:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd 3: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.