Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Dövlət Sosial Müdafiə Fondunun Aparatında və struktur bölmələrində birdəfəlik sosial ödənişləri əhaliyə çatdırmaq məqsədilə göstəriləcək bank xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Rayon İcra Hakimiyyətinin tenderi - Ləğv Edildi
FED.az xəbər verir ki, təkliflər sorğusunda iştirak etmək üçün iştirakçılara təklif edilir ki, [email protected] elektron poçt ünvanına müraciət edərək məlumat əldə edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Təkliflər sorğusu ilə satınalmada iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra təkliflər sorğusunda iştirak edə bilərlər. Müsabiqə üzrə təklifləri möhürlənmiş ikiqat zərfdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi 80 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Aparatına təqdim edə bilərlər.
Təkliflər sorğusu 1 Lot üzrə keçirilir.
İştirak haqqı: 500,00 (beş yüz) manat
VÖEN: 1300050781
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
H//h: AZ46CTRE00000000000007018504
M//h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
Kod: 210005
SWIFT: CTREAZ22
Büdcə gəlirlərinin təsnifat kodu: -142330
Büdcə səviyyəsinin kodu: - 4
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təkliflər sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər:
1. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə:
1.1 Peşəkarlığı, təcrübəsi, texniki imkanları, idarəetmə səriştəsi və etibarlığı barədə məlumatlar (xidmət göstərən tərəfindən hazırlanır).
1.2 İşçi qüvvəsinin olması barədə məlumatlar (xidmət göstərən uçotda olduğu vergi orqanından alır).
2. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (xidmət göstərən kommersiya qurumunun dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənəd).
3. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məlumatlar (uçotda olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir).
4. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında məlumat (xidmət göstərən bu məlumatı Mərkəzi Bankdan alır).
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında məlumat (xidmət göstərən uçotda olduğu vergi orqanından alır, sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir).
6. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; (xidmət göstərən Daxili İşlər Nazirliyindən və ya “ASAN xidmət” mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır).
7. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, bank lisenziyası, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir).
8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat: (birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına dair müstəqil auditorun hesabatı).
9. İri sahibkarlıq meyarına uyğun olması barədə məlumat (Statistika Komitəsindən alınmalıdır). (Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir).
10. İddiaçının tender təklifi (ən azı 30 bank günü qüvvədə olmalıdır).
11. Təkliflər sorğusu təklifi dəyərinin 1(bir) faizi həcmində bank təminatı tələb olunur (Təkliflər sorğusu təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri, təkliflər sorğusu təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 04.06.2021-ci il saat 15:00-dək Yasamal rayonu, Həsən Bəy Zərdabi 80 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Aparatına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 07.06.2021-ci il saat 15:00-da Yasamal rayonu, H.Zərdabi 80 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Aparatında tender komissiyasının iştirakı ilə aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.