Dövlət Sosial Müdafiə Fondu ofis və arxiv sahəsinin icarəsi üzrə tenderin qalibini müəyyən edib
FED.az xəbər verir ki, “Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi Şəxs tərəfindən Fondun Aparatının Layihələrin idarə olunması, Fərdi uçota nəzarət və sosial sığorta departamentləri, eləcə də Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis və arxiv sahəsinin icarəsi məqsədilə açıq tender keçirilib.
Tenderin qalibi Alim Yusif oğlu Qiyasov olub. Müqavilənin məbləği 1 milyon 305 min 840 manat təşkil edir. Ehtimal olunan qiymət isə 1 milyon 375 min 560 manat idi.
İcarə haqqına vergi, rüsumlar və komunal ödənişlər daxil olmalı, iddiaçı tərəfindən təqdim edilmiş güzəştlər barədə məlumatlar təqdim edilməlidir. Qiymət minimum 1000 m² sahəyə görə nəzərdə tutulmalıdır. İddiaçılar müəyyən edilmiş sahəyə uyğun olaraq qiymət təklifi verməlidirlər. İddiaçılar müəyyən edilmiş sahədən artıq təklif edilən sahələr barədə məlumat verə bilərlər. İnzibati binanın sahəsi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına (https://e-qanun.az/framework/29860) uyğun olaraq ZONA-3 ərazisində yerləşməli. İcarə müddəti 12 ay üçün nəzərdə tutulmuşdur. Təklif edilən icarə sahəsi tam təmirli iş otaqları, avadanlıqla tam təmin olunmuş sanitar qovşaqları, liftə, daimi işıqlandırma, isti və soyuq su, mərkəzi isitmə və soyutma, havalandırma, ümumi şəbəkə, telefon və kamera xətlərinə, tam və işlək vəziyyətdə olan yanğın əleyhinə siqnalizasiya sisteminə, yanğınsöndürmə şitləri və balonlarına təhlükəsiz və rahat giriş-çıxışa malik olmalıdır; İcarə sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və ya əmlakın mülkiyyətçiyə məxsusluğunu təsdiq edə bilən hüquqi qüvvəyə sənədə malik olmalıdır.
O daha öncə Əmək Bazari Və Sosial Müdafiə Məsələləri Üzrə Milli ObservatoriyaƏmək Bazari və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriyanın 1 milyon 168 min 968 manat və Ofis sahəsinin icarəsi xidmətinin satınalınması tenderinin qalibi olub













