Dövlət Sosial Müdafiə Fondu Dövlət Sosial Müdafiə Fondunun Aparatında və struktur bölmələrində əmək haqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satınalınması üzrədir.
FED.az xəbər verir ki, 11 053 500 manatlıq tenderin qalibi "Azərbaycan Beynəlxalq Bankı" ASC olub.