“Azərbaycan Sənaye Korporasiyası” ASC özünün və onun törəmə müəssisələrin auditinin və maliyyə hesabatlarının hazırlanması sorğusunun qalibi bəlli olub.
Eləcə də bax: Dövlət qurumu - AUDİT XİDMƏTİ AXTARIR
FED.az xəbər verir ki, sorğunun qalibi “Baker tilly” QSC şirkəti olub. ASC şirkətlə 1 yanvar 2020-cı il tarixinə MHBS-ə (İFRS) keçid balansının auditi və 2020-ci il üçün maliyyə hesabatlarının, o cümlədən konsolidə edilmiş maliyyə hesabatının illik auditinin keçirilməsi xidmətlərinin yerinə yetirilməsi üçün 389 min 400 manat məbləğində müqavilə imzalayıb.