«Azəralüminium» MMC özünün 3 tenderini ləğv edib və onların davamından imtina edib.
FED.az-a şirkətdən verilən məlumata görə, «Azəralüminium» MMC 24 TON BUTİL MADDƏSİ və 60,000 ədəd BUTİL KAĞIZI satınalınması üçün 28.09.2019 tarixində elan olunmuş Açıq tenderdə təklif vermiş iddiaçıların sayı üçdən az olduğuna görə “Dövlət Satınalmaları haqqında” Qanunun 11.1 maddəsinə əsasən tenderin davamından imtina edib.
Eləcə də bax: Azərbaycanda şübhəli tenderin nəticəsi - LƏĞV EDİLDİ
“AZƏRALÜMİNİUM” MMC, 60 TON DAİRƏVİ POLAD (20 ton O/ 95 pol.20 (DÜİST 2590-2006) və 40 ton O/ 135 pol.3 (DÜİST 2590-88) satınalınması üçün 28.09.2019 tarixində elan olunmuş Açıq tenderdə təklif vermiş iddiaçıların sayı üçdən az olduğuna görə “Dövlət Satınalmaları haqqında” Qanunun 11.1 maddəsinə əsasən tenderin davamından imtina edib.
“AZƏRALÜMİNİUM” MMC, 5 TON ODADAVAMLI SEMENTİN satınalınması üçün 01.10.2019 tarixində elan olunmuş Açıq tenderdə təklif vermiş iddiaçıların sayı üçdən az olduğuna görə “Dövlət Satınalmaları haqqında” Qanunun 11.1 maddəsinə əsasən tenderin davamından imtina edib.