"AZERGOLD" QSC laborator xidmətinin satın alınması ilə bağlı tenderinin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Laboratuar Hizmetler LTD/AQM Quality" MMC olub. Şirkət “kəşfiyyat sahələrindən götürülmüş süxur nümunələrinin geokimyəvi analizi üzrə laborator xidmətlərin satın alınması 1 milyon 947 min 95 manat məbləğində müqavilə bağlayıb.