Tenderlər

Dövlət şirkəti - SMM XİDMƏTİ ALIR

Dövlət şirkəti - SMM XİDMƏTİ ALIR | FED.az
08:54 4 İyun 2020

Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” QSC sosial şəbəkələrdə idarəetmə, mətnlərin yazılışı və yaradıcılıq xidmətinin satın alınması məqsədilə Kotirovka sorğusu elan edir. 

Eləcə də bax: Tenderlərə təzəcə başlayıb – ARTIQ 8 MİLYONLUQ MÜQAVİLƏSİ VAR

FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs -Rəhim Kərimzadə, telefon- 077 277 32 15.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 8 iyun 2020-ci il saat 17.00- dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri 9 iyun 2020-ci il saat 11.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Digər xəbərlər