“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi aparatı, Regional Nümayəndəlikləri və onların Rayon bölmələri üçün 2019-cu ildə nəzərdə tutulmuş 241 ədəd və 40 dəst yeni katric, 830 ədəd katricin dolumu və 1025 ədəd katricin təmiri xidmətinin satın alınması məqsədilə keçirilmiş kotirovka sorğusunun nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, nəticəyə dair tender komissiyasının yekun protokolu əsasında kotirovka sorğusunun qalibi "AZCOMNET" MMC elan olunub.
"AZCOMNET" MMC ilə 24.04.2019-cu il tarixdə 45506.7 manat məbləğində müqavilə bağlanmışdır.
Dövlət şirkəti 241 katric alıb - MÜQAVİLƏ
10:38
26 Aprel 2019