Dövlət Sərhəd Xidməti iki tenderin nəticələrini elan edib.
FED.az xəbər verir hər iki tenderin qalibi "Azeli Textil" MMC olub.
Belə ki, qalib şirkətə qara rəngli iplik və yarıyun corab üçün 353 245, kəmərlər üçün 345 600 manat ödəniləcək.
İki tenderin ümumi məbləği 698 845 manatdır.