Dövlət Sərhəd Xidmətinin 4 tenderi ləğv olunub.
FED.az xəbər verir ki, bunlar "Tufan" layihəli 205 və 206 nömrəli gəmilərin cari təmir işləri, katerlərin əsaslı təmir işləri, "Şahdağ" layihəli gəmilərin suqovucularının təmir işləri, "B-92" layihəli gəmilərin tərsanə təmir işlərinə dair tenderlərdir.
Hər dörd tenderin ləğv olunma səbəbi elektron tender üzrə təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 50-4.2-ci maddələrinin tələblərinə əsasən tenderin davamından imtina edilməsidir.
Ləğv edilmə mətninə görə iştirakçı sayı yetərsay olmadığından Qanunun 50-4.2-ci maddəsinin tələblərinə uyğun olaraq ləğv edilmişdir.
Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsin görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
50-4.2-ci maddəyə görə elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.