Dövlət Sərhəd Xidməti üç tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hər üçtenderin qalibi "Vitta-Texniki Elmi" MMC olub.
Belə ki, qalib şirkətə "Aviasiya yanacağı AVQAZ-100LL" tenderi üzrə 611 240, "Gəmi və katerlər üçün xüsusi yağlar və mayelər" tenderi üzrə 1 032 728, "Aviasiya texnikaları üçün xüsusi yağlar və mayelər" tenderi üzrə 516 658, ümumilikdə isə 2 160 628 manat ödəniləcək.