Dövlət Sərhəd Xidməti "Kamuflyaj parçadan yay gödəkcəsi, yay şalvarı və furajka" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Mega Textil" MMC olub.
Belə ki, qalib şirkətə 2 016 384 manat ödəniləcək.
"Mega Textil" MMC daha öncə də Dövlət Sərhəd Xidmətindən 181 248 manat dəyərində yarıyun köynəklər tenderini qazanıb (19.04.2023).