Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti mənzil-istismar əmlaklarının və propan qazının satınalınması məqsədilə açıq tender elan edir.
Rayon Mərkəzi Xəstəxanası kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender 4 (dörd) lot üzrə keçirilir:
Lot 22. Elektrik materialları - 350 manat
Lot 23. Tikinti materialları - 400 manat
Lot 24. İstilik sistemləri - 55 manat
Lot 25. Propan qazı - 75 manat
Tender proseduru Qanunun 50-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir. Tender iştirakçılarına təklif edilir ki, https://www/etender.gov.az- dövlət satınalmalarının vahid internet portalına daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər lot üzrə müəyyən edilmiş məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu portal vasitəsilə əldə edə və müsabiqə üzrə təkliflərini elektron qaydada təqdim edə bilərlər.
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün Vahid İnternet Portalı vasitəsilə müsabiqəyə daxil olduqdan sonra “Asan ödənişlə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi aşağıdakı hesaba etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
Hesab: Dövlət Sərhəd Xidməti
H/h: AZ19CTRE00000000000002388501;
VÖEN 1700360581.
Dövlət Xəzinədarlığı Agentliyi,
Kod: 210005;
VÖEN 1401555071;
M/h: AZ41NABZ01360100000000003944;
S.W.İ.F.T BİK: CTREAZ22;
XHK 142595 2388501(2310) fond3
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqə telefonu: (012) 498-01-36
Əlaqələndirici şəxs: Tender Komissiyası ( [email protected])
Tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlər Portal vasitəsilə təqdim edilməlidir:
-tenderdə iştirak üçün ərizə, iştirak haqqının ödənilməsi barədə bank sənədi (ərizə skan edilərək tələb olunan hüquqi sənədlər xanasında yerləşdirilməlidir);
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, dövlət reyestrindən çıxarışı, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial təsdiqli);
-iddiaçının son bir ildəki (əgər bir ildən az müddətdir fəaliyyət göstərirsə bütün fəaliyyəti ərzində) maliyyə vəziyyəti haqqında bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə, cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına borcunun olmaması, son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair və vergi dövriyyəsi haqqında arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2020-ci ilin mənfəət vergi bəyannaməsi);
-Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən sahibkarlıq subyektinə dair arayış;
-tender təklifi (zərflərin açıldığı ta rixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin ümumi qiymətinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-potensialı, maddi-texniki bazası, müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, etibarlılığının olmasına dair arayış və təsdiqedici sənədlər toplusu (Əsas Şərtlər Toplusunun 3-cü bölməsində göstərilən xüsusi formaya uyğun);
-tender təkliflərinin qiymətləndirilməsinə dair Əsas Şərtlər Toplusunun 3-cü bölməsində tələb olunan bütün sənədlər (meyarlar üzrə tərtib olunacaq arayışlar Əsas Şərtlər Toplusunun 3-cü bölməsinin Əlavə 1-də göstərilən formada hazırlanmalıdır).
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron qaydada keçiriləcəkdir. İddiaçılar tender ilə bağlı sualları vahid internet portalında nəzərdə tutulmuş müvafiq bölmədə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair hüquqi sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) portal tərəfindən müəyyən edilmiş vaxtda (avtomatik təyin edildiyi üçün qeyd edilmir) vahid internet portalı vasitəsilə daxil etməlidirlər. İxtisas göstəricilərinə dair hüquqi sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) göstərilən vaxtdan gec təqdim edən iştirakçılar iddiaçı kimi qeydə alınmırlar.
Tender təklifi və bank təminatı sənədlərini 22 iyul 2021-ci il tarixə saat 14:00-dək portal vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş tender təklifləri satınalan təşkilat tərəfindən qəbul olunmayacaq.
İddiaçıların təklifləri 23 iyul 2021-ci il tarixdə saat 14:00-da portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd:
1. Tender təkliflərinin qiymətləndirilməsi Əsas Şərtlər Toplusunun 3-cü bölməsində nəzərdə tutulmuş meyarlara əsasən kommersiya zərfləri əsasında ballar üzrə aparılacaqdır.
2. Tenderdə iştirak, tenderin qiymətləndirilməsi, yazışmalar, sual-cavablar və digər prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır.
3. İddiaçı Əsas Şərtlər Toplusunun məzmununu, o cümlədən təlimatları, formaları və şərtləri tam olaraq öyrənməlidir. Əsas şərtlər toplusunu almış iddiaçının əsas şərtlər toplusunun məzmunundan, o cümlədən təlimatlardan, forma və şərtlərdən kənar təklif verməsi onu bu məsuliyyətdən azad etmir.
Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyi “Naftalan şəhərində abadlıq işləri”nin satınalınması üzrə
ELEKTRON AÇIQ TENDER ELAN EDİR
Tender 1(bir) Lot üzrə keçirilir:
Lot-1. Naftalan şəhərində abadlıq işləri.
Tender iştirakçılarına təklif edilir ki, https://etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (PORTAL) elektron imzaları vasitəsi ilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərinin Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı: Lot-1 150 (yüz əlli) manat.
Tenderdə iştirak haqqının ödənilməsi üçün bank rekvizitləri:
Təşkilat: Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyi
Hesab: AZ54AİİB33010019445600209156
VÖEN: 2800015041
Bank: Kapital Bank ASC-nin Naftalan filialı
Kodu: 200565
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T.BİK Aİİ BAZ 2X
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Maliyyə vəziyyəti haqqında bank arayışı;
- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- Nizamnamə;
- Qeydiyyatdan keçdiyi ölkə;
- Rekvizitlər;
- Lisenziya
- İşçi qüvvəsi haqqında arayış.
- Oxşar işlər üzrə təcrübəsinin olması barədə məlumatlar
- Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır)
- Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı (müqavilə dəyəri 100 min ABŞ dollarının manat ekvivalentindən yüksək olarsa müqavilə dəyərinin 5%-i həcmində təminat tələb olunacaqdır)
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 09.07.2021-ci il saat 15:00-a qədər, Tender təklifi və bank təminatı sənədlərini 19.07.2021-ci il saat 15:00-a qədər PORTAL vasitəsilə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portal vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri 22.07.2021-ci il saat 15:00-da elektron portal vasitəsilə açılacaqdır.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.