Dövlət Sərhəd Xidməti “DSX Hərbi Hospitalının II mərhələ tikinti işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Master Ofis" MMC olub. Şirkətlə 1 milyon 947 min 064 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 16 min 957 manat dəyərindəki “Agentliyə digər maşın və avadanlıqlarının (kombi, kondisioner və s.) satın alınması” (19.10.2022) tenderini qazanıb.