Tender 16 lot üzrə keçirilir:
lot 1 - Dəniz dalğası rəngli yaxalığı süni xəzdən isti gödəkcə
lot 2 - Gündəlik geyimlər
lot 3 - Yarımkürk
lot 4 - Fərqləndirmə nişanları
lot 5 - Paqonlar
lot 6 - Boyunağı, şərf və əlcəklər
lot 7 - İdman geyimləri
lot 8 - Yataq ləvazimatları və dəsmallar
lot 9 - Yarımyun ədyal
lot 10 - Çadırlar
lot 11 - Təsərrüfat əmlakları
lot 12 - Dəftərxana ləvazimatları
lot 13 - Camaşırxana avadanlıqlarının təmiri işləri
lot 14 - Tibbi geyimlər
lot 15 - Xüsusi geyim parçası
lot 16 - Poliqrafiya və sərf materialları
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Zərifə Əliyeva 30 (Əlaqələndirici şəxs :Tender Komissiyası, telefon :(012) 498-01-36) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 340 manat
lot 2 - 450 manat
lot 3 - 440 manat
lot 4 - 140 manat
lot 5 - 155 manat
lot 6 - 70 manat
lot 7 - 45 manat
lot 8 - 430 manat
lot 9 - 300 manat
lot 10 - 130 manat
lot 11 - 190 manat
lot 12 - 450 manat
lot 13 - 125 manat
lot 14 - 165 manat
lot 15 - 250 manat
lot 16 - 95 manat
Hesab: | AZ19CTRE00000000000002388501 |
VÖEN | 1700360581 |
Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ01360100000000003944 |
S.W.İ.F.T: | CTREAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-09-28 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-10-08 16:00qədər Bakı, Zərifə Əliyeva 30 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-10-09 15:00 tarixində Zərifə Əliyeva küçəsi 30 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.