Dövlət Sərhəd Xidməti “Dərman preparatları və sarğı materialları” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət "Solamedical" MMC olub. Şirkətlə 286 min 062.56 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl DİN-nin Tibb İdarəsinə Bilavasitə Tabe Olan A.N.Heydərov Adına Respublika Hospitalı 14 min 469.2 manat məbləğində “Dərman preparatlarının satınalınması” tenderi üzrə müqavilə imzalanıb. (20.12.2022)