Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən gəmi, kater və aviasiya texnikalarında istifadə edilən xüsusi yağlar, texniki mayelər və "Avqaz 100LL" aviasiya yanacağı üzrə böyük həcmdə satınalma həyata keçirilib.
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, rəsmi dövlət satınalmaları portalına əsasən, bu tenderin qalibi "Vitta Elmi-Texniki" MMC (VÖEN:1000293781) olub. Müqavilənin ümumi dəyəri 2.094.193,2 manat təşkil edir.
Tender çərçivəsində ümumi olaraq 65 340 litr və 113 222 kiloqram həcmində məhsulun satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, “Vitta Elmi-Texniki” MMC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 000 ABŞ dolları təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamil Quliyev Bəşir oğludur. Hüquqi ünvanı AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 24, mənzil 30 ünvanında yerləşir.