Azərbaycanda dövlət satınalmalarında ciddi yeniliklər gözlənilir.
FED.az xəbər verir ki, bu yeniliklər hazırlanmaqda olan «Dövlət satınalmaları haqqında» yeni qanunda nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən qanuna 2018-ci ilin sonunda ciddi dəyişikliklər edilmiş və satınalma prosesinin şəffaflaşması, satınalmalarda kiçik və orta biznesin rolunun artması, eləcə də yerli şirkətlərinin üstünlük qazanması üçün yeniliklər edilmişdi.
Bununla yanaşı, iqtisadiyyatda yeni şəraitin yaranması, biznes və sahibkarlığın inkişafı məqsədilə yeni yanaşmaların tətbiqini tələb edir. Bunnula əlaqədar olaraq Xidmət yeni qanun layihəsi hazırlayıb və rəy alınması üçün dövlət təşkilatlarına göndərib.