Prezident İlham Əliyev «Dövlət satınalmaları haqqında» qanuna dəyişiklikləri təsdiqləyib.
Yeniliyə əsasən, dövlət satınalmaları zamanı yerli istesal olunan mallara güzəşt ediləndə, təkcə bütünlüklə Azərbaycanda istehsal olunan mallar deyil, istehsalın bir hissəsi Azərbaycanda baş verən mallar da nəzərə alınacaq.
Dəyişikliyə əsasən «Dövlət satınalmaları haqqında» Qanunun 36.9-cu maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir.”.
Prezident “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 75-VIQD nömrəli Qanununun tətbiqi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi və dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanına da dəyişiklik edib.
Yeniliyə əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri 2020-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli düzəlişin tətbiqi məqsədilə yerli mal hesab edilir.