DRA-nın regional strukturu əməkdaşların könüllü tibbi sığortasına 18 min manatdan çox vəsait yönəldəcək.
Eləcə də bax: Neft Fondunun tenderində - "ATASIĞORTA" QALİB GƏLDİ
Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi əməkdaşlarının könüllü tibbi sığortaçısı qismində Azərbaycan Sənaye Sığorta ASC-ni seçib.
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, şirkətlə müvafiq müqavilə imzalanıb.
Sığorta xidmətlərinin dəyəri – 18,225 min manatdır.