Dövlət Reklam Agentliyi könüllü tibbi siğorta xidməti üçün açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Eləcə də bax: "Azərxalça" auditor seçir - KOTİROVKA SORĞUSU
İddiaçılar ilkin sənədləri martın 30-u, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 7-si, saat 10:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi aprelin 8-də, saat 10:00-da portalda açıqlanacaq.(Report)