“Azərsu” ASC tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: 3 milyona yaxın məbləğli tenderi- 10 MANATLIQ ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, tenderlərin 3-ün "Unıversal Pro" MMC, 1-in "İnterkabel" Firması qazanıb.
Bağlanılan müqavilələr aşağıdakı kimidir:
"Unıversal Pro" MMC – cəmi 2 milyon 919 min 567 manat.
- Elektrik və mexanika avadanlıqlarının satın alınması – 1 milyon 845 min 72 manat;
- Müxtəlif növ alət və mal-materialların satın alınması – 905 min 694;
- Su pompalarının satın alınması – 168 min 801.
"İnterkabel" Firması – cəmi 2 milyon 295 min 378 manat.
- Elektrik sahəsi üçün lazım olan mal-material və avadanlıqların satın alınması – 2 milyon 295 min 378 manat.
“Azərsu” 4 tender üçün ümumilikdə 5 milyon 214 min 945 manat xərcləyəcək.