Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzIntelecom” MMC sərgi avadanlıq və qurğularının dizaynı, quraşdırılması və sökülməsi işlərinin satın alınması məqsədilə Açıq Tender elan edib.
FED.az xəbər verir ki, tender elanında qəribə tələb iştirak haqqının 2 min manat müəyyən edilməsidir.
Elanda bildirilir ki, bu məbləğ heç bir halda (yəni iştirakçı qalib olsa da, olmasa da) geri qaytarılmayacaq.
Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 2000 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri-
H/h- AZ30AZPO91015461200420100063
VÖEN- 9900048721
Bank- “Azərpoçt” MMC PF 1
Kod- 691011
VÖEN-9900037711
M/h-AZ76NABZ01350100000000094944
S.W.İ.F.T:AZPOAZ22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-podratçının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru ,,Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 4 noyabr 2019-cu il saat 15.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 13 noyabr 2019-cu il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 14 noyabr 2019-cu il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.