“Şahdağ Turizm Mərkəzi” QSC-nin tenderi ləğv edilib.
FED.az xəbər verir ki, ləğv edilmiş tenderdə informasiya texnologiyaları avadanlıqlarının satın alınması nəzərdə tutulmuşdu.
Tender “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, iddiaçıların sayı üçdən az olduğuna görə ləğv edilib.
11.1. maddədə deyilir: Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.