Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən keçirilən tender ləğv edilib.
FED.az xəbər verir ki, tenderin ləğv edilmə səbəbi tenderdə təklif vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Qeyd edək ki, ləğv edilən tenderdə 2020-ci il üçün HiPath 4000, HiPath 3800 və OpenScape X8 sistemlərinə göstəriləcək texniki və proqram dəyişikliyi xidmətlərinin, kommutasiya qurğularının və onların dəstlərinin satın alınması nəzərdə tutulmuşdu.