Respublika Dövlət Elmi Tibb Kitabxanası tərəfindən elan olunmuş tender ləğv edilib.
Tibbi qurumun təmir planı yarımçıq qaldı - TENDER LƏĞV EDİLDİ
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, sözügedən tender “Cari təmir işlərinin satın alınması” ilə bağlı elan edilmişdi. Tender müsabiqəsi 30 iyul 2025-ci il saat 13:15-də dərc olunmuşdu. Təkliflərin qəbulu və zərflərin açılışı 21 avqust 2025-ci il saat 13:00-da baş tutmalı idi. Ehtimal olunan qiymət isə 6 640 manat olaraq müəyyənləşdirilmişdi.
Lakin müsabiqə üzrə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, həmçinin tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1-ci maddəyə əsasən) tender ləğv edilib.